Xankəndidən gedən erməni: Geri qayıtmayacağam!

13:12 16 Sentyabr 2023

İkinci Qarabağ müharibəsində iştirak etmişəm. Xankəndidən İrəvana gedirəm və bir daha geri qayıtmaq fikrim yoxdur.

Sitat.info xəbər verir ki, bu sözləri Report-a Seyran Aqambekyan deyib.

O, İkinci Qarabağ müharibəsində qardaşını itirdiyini bildirib:

"Mən üç il bundan əvvəl Qarabağda hərbi xidmətdə olmuşam. Daha doğrusu, Martunidə (Xocavənd - red.). İkinci Qarabağ müharibəsinin iştirakçısıyam. Döyüşlərdə yaralanmamışam. Lakin ailə üzvlərimdən qardaşım döyüşlərdə həlak olub. Valideynlərim hələ ki Xankəndidədir. Lakin özüm İrəvana gedirəm. Çox güman, bir daha geri qayıtmayacağam".



Xəbər xətti