Bu idarənin 2 ay əvvəl təyin olunan rəisi işdən çıxarıldı

17:57 16 Sentyabr 2023

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin yeni təyin olunan rəisi vəzifəsindən azad olunub.

Sitat.info xəbər verir ki, 2 ay əvvəl Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə rəis təyin olunan Fuad Babayev vəzifəsindən uzaqlaşdırılıb. Onun yerinə hələ ki təyinat yoxdur.

Qeyd edək ki, o uzun illər Gənclər və İdman Nazirliyində Gənclərlə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.



Xəbər xətti