Türkiyə Suriyaya qoşun göndərdi: döyüşlər gedir

18:59 16 Sentyabr 2023

Türkiyə ordusu Suriyanın şimalında müxalif qüvvələrlə "Cəbhət ən-Nüsra" təşkilatı arasında toqquşmaların baş verdiyi təhlükəsizlik zonasında mövcudluğunu gücləndirib.

Sitat.info xəbər verir ki, bu barədə "Asharq Al-Awsat" qəzeti məlumat yayıb.

"Cəbhət ən-Nüsra" yaraqlılarının ələ keçirməyə çalışdığı Kfar Cinna bölgəsinə Türkiyə zirehli texnikası və hərbi qüvvələr göndərib",- məlumatda deyilir.

Qeyd olunur ki, döyüşlər, həmçinin Əl-Hamran sərhəd keçid məntəqəsi yaxınlığındakı Cerabulus yaxınlığında da gedir.



Xəbər xətti