"Azərbaycan addım-addım istəklərinə nail olur" - Azər Badamov

15:13 16 Sentyabr 2023

"Paşinyan Qərbin dəstəyi ilə hakimiyyətə gəlmişdir. Ona görə də Ermənistanın siyasəti ilk gündən Qərb yönümlü olmalı idi. Amma Azərbaycan torpaqlarını işğal etməsi Ermənistanı Rusiyadan asıllı vəziyyətə salmışdı. Çünki, 90-cı illərin əvvəlində torpaqlarımızın işğalı da 366-cı alayın köməyi ilə həyata keçirilmişdir. Sovetlər dağılandan sonra Ermənistanın işğalçılıq siyasətinin davam etdirilməsinə və respublikanın təhlükəsizliyin təminatında Rusiya əsas rol oynamışdır. Amma 3 il əvvəl Azərbaycan öz ərazilərini döyüş meydanında işğaldan azad etməklə regionda yeni reallıq yaratdı. O cümlədən Ukrayna ilə müharibə aparması Rusiyanı kifayət qədər zəiflətdi. Paşinyan bu günün reallığı nəzərə alaraq hakimiyyətə gəldiyi ilk gündən reallaşdırılmalı olan  Rusiyadan qopulması istiqamətində xarici siyasətini həyata keçirməyə başlamışdır. Belə ki, KTMT-nin iclaslarına, təlimlərinə qoşulmur və Rusiyanın bir gün regiondan gedə biləcəyi ilə bağlı fikirlər səsləndirir. O cümlədən ölkənin təhlükəsizliyi 95% Rusiyadan asıllı olması səhv  addım olduğunu bəyan etdi və Qərblə açıq müstəvidə əməkdaşlığa keçdi. Belə ki, Qərbin monitorinq misiyasını və  ABŞ- ın hərbiçiləri təlim adı altında ölkəsinə gətirdi. Bu da Rusiyanıən heç də xoşuna gəlmədi. Ermənistanın ona qarşı olan siyasətini müşahhidə edən Rusiya regiondan  getmək fikrində olmadığını bəyan etdi və baş vermiş hadisələrdə Paşinyan hakimiyyəti günahlandırdı"

Bu sözləri sitat.info-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Millət vəkili bildirdi ki, Azərbaycan addım-addım istəklərinə nail olur:

 "Azərbaycan Ermənistanda cərəyan edən hadisələri yaxından izləyir. Ölkəmiz üçün ilk növbədə Qarabağda yaşayan erməni əsilli sakinlərin reinteqrasiyasını, təhlükəsiliyini və təminatlarının həyata keçirilməsi maraqlıdır. Biz addım-addım məqsədlərinmizə nail olunuruq. Ermənistan hakimiyyəti öz ölkəsini  beynəlxalq maraqların toqquşduğu məkan  etməklə Suriyaya çevirir.  Ölkəmizə Ermənistanda nə Rusiyanın , nə də Qərbin olması maraqlı deyil. Ölkələr özlərinin müstəqilliyini özləri qoruyanda  regiona sabitlik və sülh gəlir. Ermənistanın təhlükəsziliyini kim müdafiə etsə də Azərbaycanın mövqeyi dəyişilməzdir və suverən ərazilərin bütövlüyünü daha da möhkəm şəkildə qorunacaqdır"

Məğrur,
Sitat.info



Xəbər xətti