Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.
Sitat.info xəbər verir ki, Prezident İlham Əliyevin müraciətini Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev oxuyub.