BQXK-nın ikinci karvanı Xankəndiyə gedir

11:50 18 Sentyabr 2023

Rusiya sülhməramlıları Ağdam marşrutu ilə Xankəndiyə çatdırılan humanitar yardımı Beynəlxalq Qızıl Xaç Komitəsinin anbarına boşaltmağa başlayıblar.

Sitat.info xəbər verir ki, bu barədə “Peacekeeper” Teleqram kanalı məlumat yayıb.

“Yükə uşaq bezləri, dərman vasitələri daxildir. Hazırda BQXK-nın ikinci kolonu birinciyə paralel olaraq buraxılış məntəqəsindən keçən Rusiya sülhməramlıları müşayiəti ilə Laçın yolundan Xankəndiyə hərəkət edir”, - məlumatda deyilir.



Xəbər xətti