Xəzər üzərində təyyarənin mühərriki xarab oldu

12:45 18 Sentyabr 2023

Antalyadan Yekaterinburq şəhərinə uçan “Red Vings” şirkətinə məxsus “Boinq 777” sərnişin təyyarəsinin Xəzər dənizi üzərində mühərriki xarab olub.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, təyyarə Antalyadan Yekaterinburqa uçurmuş. Xəzər dənizi üzərindən uçarkən pilotlar təyyarənin sağ mühərrikinin sıradan çıxdığı barədə məlumat veriblər. Pilotlar həyəcan siqnalı xəbərdarlığı verməyiblər. Təyyarə Qazaxıstanın Aktobe şəhərindəki aerodromuna endirilib.



Xəbər xətti