Paşinyan dünyanı aldatdı: amma Türkyə TV-si bu yalanı faktlar və sxemlərlə ifşa etdi! Ermənistan qırıcıları Ukraynaya...-FOTO, VİDEO

22:45 1 Aprel 2022

Ermənistan SU-30 SM qırıcılarını Ukraynakı döyüşlərdə istifadə etmək üçün Rusiyaya verdiyini təkzib etmişdi.

Musavat.com-un məlumatına görə, hətta baş nazir Nikol Paşinyan Türkiyənin Haber Global Media Groupun ilk olaraq yaydığı bu xəbərin əsassız olduğu iddiasını irəli sürmüşdü.

Haber Global yenidən bu mövzuya qayıdaraq Ermənistanın iddiasını alt-üst edib. Bildirilib ki, Paşinyanın unutduğu çox önəmli bir məsələ var idi. Ardınca telekanal “Rusiyaya SU-30 yollamadıq” deyən Ermənistan rəhbərliyinin yalanını ortaya çıxaran kadrları təqdim edib. Yayılan kadrlardan aydın görünür ki, Ermənistandan havaya qalxan 4 ədəd SU-30 savaş təyyarəsi Ukraynana istifadə olunmaqdan ötrü erməni pilotlarla birlikdə Rusiyaya göndərilib. Hətta qırıcıların uşuş traektoriyası da aydın şəkildə təqdim olunub.

Bildirilir ki, Haber Global gerçəyi ortaya çıxarınca, Ermənistanın baş naziri Nikol Paşinyan xəbərin doğru olmadığını iddia etməyə çalışıb, “təyyarələrimiz əsla torpaqlarımızı tərk etmədi”, deyib.

Haber Global qeyd edir ki, amma Paşinyanın unutduğu bir şey var idi: texnoloji dövrdə isbatın heç də çətin olmadığı.

Təqdim olunan görüntülərin ardınca vurğulanır ki, görüntülər 18 martda çəkilib, Ermənistandakı hava alanında 4 SU 30 tipli döyüş təyyarəsi yer alır. Lakin digər görüntü 25 martda qeydə alınıb, mənzərə isə çox fərqlidir: “Rusiyaya yollanan SU 30 uçaqları ortada yoxdur. Onların yerində MİQ 29-lar var”.

Türkiyənin aparıcı media quruluşu SU 30-ların özəllikləri və Ermənistandakı keçmişindən də bəhs edir. Bildirilir ki, bu təyyarələr F 14 və F 15-lərə rəqib olaraq hazırlanıb. “Ermənistan hava qüvvələrini gücləndirmək üçün 2019-cu ildə Rusiyadan 4 ədəd SU 30 sifariş etdi. Təhvil-təslim 2020-nin mayında həyata keçirildi. Fəqət Ermənistan təyyarələri heç istifadə etmədən rus ordusunun xidmətinə verdi. Bu təyyarələr Ukrayna savaşında istifadə olunmaq üçün erməni pilotlarla birlikdə Rusiyaya göndərildi”, materialda qeyd olunur. Beləliklə, Ermənistanın Ukrayna müharibəsinə qatıldığı əsaslı faktlarla təsdiq olunur.

Təyyarələrin Rusiyaya nə zaman göndərilməsinə gəldikdə, bildirilir ki, onlar 23 martda İrəvandakı Erebuni hava limanından səmaya qalxıb: “Erməni pilotların istifadə etdiyi 4 ədəd SU 30 12.50-də havaya qalxıb, Martunidən keçib,13.14-də nəhayət, hədəf nöqtəyə - Rusiyaya yetişdilər”, ilginc materialda daha sonra qeyd olunur.

Screenshot_113.jpg (70 KB)

Bildirilir ki, qeydə alınan gerçəklik Ermənistan üçün kritik vəziyyət yaradıb. “Çünki Ermənistan savaş təyyarələrini və pilotlarını rus ordusunun əmrinə verməklə Ukraynanın işğalına ortaq, Rusiyanın başlatdığı savaşa tərəf oldu. Bununla da eynilə Rusiya kimi, Qərbin tətbiq etdiyi sanksiyalara hədəf olma riskinə girdi”, xəbərdə deyilir.

Screenshot_111-750x378 (1).jpg (23 KB)

Məlumatda daha sonra vurğulanır ki, Haber Global-ın yaydığı sensasion material beynəlxalq aləmdə böyük səs-küyə səbəb olunca, İrəvan-Moskva münasibətlərində soyuq küləklər əsdi: “Gizli məlumatın mətbuata sızması Ermənistanı Rusiyaya qarşı çətin durumda buraxdı. İki ölkə arasında diplomatik problemlər ortaya çıxdı”.

İlginc materialda daha sonra bildirilir ki, belə vəziyyətdə Ermənistan təlaşla təyyarələrin boş yerini doldurub, faktı ört-basdır etməyə çalışdı. “Suriyadan 4 ədəd SU 30 tipli döyüş təyyarəsi gətirildi. Beləcə, Ermənistana aid təyyarələrin ölkəni heç tərk etmədiyi görüntüsü yaradılmağa çalışıldı. Ancaq nə bu mənasız cəhdlər, nə də inkar açıqlamaları gerçəyi kölgələyə bilmədi”, məlumatda vurğulanır. Qeyd olunur ki, uçaqların yerləşmə nöqtəsi ilə bağlı əvvəl və sonra aparılan çəkilişlər, radar görüntüləri şübhəyə yer qoymur, Ermənistanın yalan söylədiyini bütün çılpaqlığı ilə gözlər önünə sərir.

O da bildirilir ki, illərlə Cənubi Qafqazda işğalçı siyasət yürüdən Ermənistan indi də Ukraynanın işğalına dəstək verir. Döyüş təyyarələrini erməni pilotlarla birlikdə rus ordusuna verməsi İrəvanın bir daha regional barış yerinə, toqquşmaya xidmət etməsinə zəmin hazırladı. İndi gözlər Qərbdən gələcək təpkidə, dünya buna gözmü yumacaq, yoxsa Ermənistan hərəkətlərinə görə məsulmu hesab ediləcək? Rusiyaya tətbiq edildiyi kimi, Ermənistana da sanksiya tətbiq edilib-edilməyəcəyi maraqlıdır”.

Screenshot_112.jpg (112 KB)

Qeyd edək ki, bundan əvvəl Musavat.com olaraq bu mövzudan bəhs etmiş, Ermənistanın gizli şəkildə Ukraynanın işğalına dəstək verdiyi haqda faktları tirajlamışdıq. Ötən gün – 31 martda isə Ermənistan tərəf bu faktları təkzib etmək üçün böyük bir oyun oynadı. Bu məlumat da Musavat.com-da erməni mediasına istinadən yayılmışdı. Həmin materiala bir daha diqqət edək:

Martın 31-də Avropa İttifaqı və NATO-ya üzv ölkələrin Ermənistanda akkreditə olunmuş hərbi attaşeləri ER Müdafiə Nazirliyinin aviabazasında olublar. Ermənistan Müdafiə Nazirliyindən “Armenian News-NEWS.am”ə verilən məlumata görə, aviabazanın komandiri, aviasiya polkovniki Samvel Tavadyan xarici qonaqları hərbi hissənin gündəlik fəaliyyəti ilə tanış edib və onların suallarını cavablandırıb. Sonra hərbi attaşelər hərbi hissənin ərazisinə səfər edib, aviasiya silahları və hərbi texnika ilə tanış olublar. Bildirilir ki, Su-30SM təyyarələri qonaqların böyük marağına səbəb olub. “Qəbula görə minnətdarlığını bildirən hərbi attaşelər səfərdən sonra 4 Su-30SM təyyarəsinin hamısının yerində olduğuna bir daha əmin olduqlarını və onların Ukraynada hərbi əməliyyatlarda iştirakı ilə bağlı Azərbaycan və Türkiyə mətbuatında yayılan məlumatların həqiqətə uyğun olmadığını vurğulayıblar”-deyə, erməni mediasında bildirilir.

444cdf36-9222-40b8-b406-9dc88099a847.jpg (94 KB)

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə mediası Ermənistan təyyarələrinin Ukraynaya ilə cəlb olunduğunu yaymışdı.

Amma mətbuatda yayılan məlumata görə, Ermənistan Qərbin sərt sanksiyalarına məruz qalacağından təşvişə düşərək hərəkətə keçib. Belə ki, qırıcıların Rusiyanın ixtiyarına verilməsi barədə məlumatların yayılmasının ardınca Suriyadan Ermənistana 4 ədəd SU-30 tipli döyüş təyyarəsi göndərilib.

Haber Global-ın bizim son qeydlərimizi təsdiqləyən təfsilatlı faktları ortaya qoyması isə Ermənistanın büsbütün ifşası deməkdir. Belə görünür ki, Ermənistan Avropa İttifaqı və NATO attaşeləri daxil olmaqla, bütün dünyanı, Qərbi aldadıb. Bundan sonra rəsmi İrəvanla bağlı Qərbin mövqeyi necə olacaq, Avropa İttifaqı yenə də Ermənistana 2,6 milyard avro yardım edəcəkmi? Yaxud ABŞ Konqresi bir daha Ermənistana maliyyə yardımını nəzərdə tutacaqmı, özü də Azərbaycandan çox?! Rusiyanın tərəfində döyüşməkdən imtina edən Belarusa sanksiyalar tətbiq olunduğu halda, 4 qırıcısı və pilotları ilə Ukraynanın işğalına “töhfə” verən Ermənistan doğrudanmı cəzasını almayacaq? Yeri gəlmişkən, Ukraynaya qarşı döyüşmək üçün azı 200 Emənistan vətəndaşı ötən ay Rusiyanın İrəvandakı səfirliyinə müraciət etmişdi. İstisna deyil ki, onlar da artıq rus ordusunun tərəfində döyüşürlər. Ukraynada azı 15 erməninin öldürülməsi və əsir götürülməsi də faktdır. Qərbdən maliyyə yardımı alan Ermənistan birmənalı şəkildə Ukraynanın işğalı prosesində iştirak edir. Son iki gün ərzində Rusiya prezidenti Valdimir Putinin iki dəfə N.Paşinyanla danışması da münasibətlərdə gərginlik yarandığını təsdiqləyir. Erməni mediası bu danışıqların əsas mövzusunun Qarabağ olduğunu iddia etsə də, şübhəsiz ki, 4 qırıcı olayının ictimailəşməsi Putini qəzəbləndirib, Türkiyə mediasının açıqladığı kimi... Rusiya mətbuatı yazır ki, hərbi attaşelərə qırıcıların nümayişi Moskvada narazılıqla qarşılanıb. Belə ki, Rusiya bunu Paşinyanın Qərb dairələrinə hesabatı və özünü Ukraynadakı müharibədən nümayişkəranə uzaq tutmaq cəhdi kimi dəyərləndirib. Elə Putinin ikinci zəngi də Paşinyandan izahat alınması istiqamətində addım kimi qəbul oluna bilər. Rusiya Ukraynaya humanitar yardımlar göndərən Azərbaycanla eyni ritorika ilə davranmır, çünki Azərbaycan dövləti Qoşulmayanlar Hərəkanının sədri olaraq heç bir blokda təmsil olunmur, müstəqil, blalanslı siyasət yürüdür və kimsəyə hesabat verməyəcək qədər qətiyyətə sahibdir. Ermənistan isə Rusiyanın forpostudur...

Screenshot_115.jpg (59 KB)

Amma bəzi müşahidəçilərin fikrincə, istisna deyil ki, Rusiyanın Ermənistanla bağlı narazılığı artdığı kimi, Qərbin İrəvana təzyiqləri də artan müstəvidə davam edəcək, çünki Türkiyə kəşfiyyatının məlum olan faktlar NATO ölkələrinin xüsusi orqanlarına da məlumdur. Bununla bağlı Ağ Evin 2023-cü il üçün Ermənistana maliyyə yardımını xeyli azaltdığını xatırlatmaq yerinə düşür. İstisna deyil ki, bu, Ermənistanın Ukrayna müharibəsinə dair mövqeyi ilə birbaşa bağlıdır. Çünki Rusiya ilə “ölüm-dirim” savaşına girən ABŞ və Qərb dünyası bu məsələdə Ukraynaya qarşı dayananları bağışlamayacaq, heç şübhəsiz.

Screenshot_114.jpg (52 KB)

Belə görünür ki, Ermənistan ikili oyun oynamaqla öz aləmində “balanslı siyasət” yürütmək istəyib, amma özünü bitirib. Ermənistanın tarix boyunca forpost olması, dövlətçilik ənənəsinə malik olmaması, daim ağalarından sifariş gözləyib, əvəzində maliyyə gözləməsi hər kəsə məlumdur. Bu dəfə də özünü “Qərbpərəst” kimi göstərməyə çalılşan Ermənistan hökuməti KTMT çərçivəsində öhdəliklərə sadiqliyini və quruma rəhbərliyini nümayiş etdirmək üçün gizli də olsa, Rusiyaya dəstək verməyə çalışıb, Ukraynanın darmadağın edilməsi, minlərlə insanın məhv edilməsi planında “töhfə verməyə” cəhd edib. Amma eyni zamanda Qərbdən öz mövcudluğunu saxlamaq üçün maliyyə yardımını davamlı şəkildə almaqdan ötrü utanmadan hətta Aİ və NATO attaşelərini Suriyadan tez-tələsik gətirilmiş SU 30-ların “təqdimatı”na dəvət edib. Ermənistan bu dəfə də özünü yandırdı, amma indi nəzərlə Qərbə yönəlib, ədalətli qərar veriləcəkmi?



Xəbər xətti