“Alibaba”dan Türkiyəyə 2 milyardlıq sərmayə

17:47 18 Sentyabr 2023

Çinin məşhur “Alibaba Group” şirkəti Türkiyəyə 2 milyard dollar sərmayə qoymağı planlaşdırır.

Sitar.info xəbər verir ki, bunu “Alibaba Group”un prezidenti Maykl Evans Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə deyib.

Evans şirkətin ölkəyə dəqiq nə vaxt investisiya qoymağı planlaşdırdığını açıqlamayıb. Şirkət prezidenti onu da bildirib ki, “Alibaba Group” artıq “Trendyol” vasitəsilə Türkiyəyə 1,4 milyard dollar sərmayə qoyub.

Türkiyə mediasında yayılan məlumata görə, sərmayə xüsusilə Ankarada data və logistika mərkəzinin, İstanbul hava limanında ixrac əməliyyatları mərkəzinin tikintisinə yönələcək.



Xəbər xətti