Polşada viza qalmaqalı: 350 min adama Şengen vizası satılıb

09:44 19 Sentyabr 2023

Oktyabrda seçkiyə getməyə hazırlaşan Polşada bütün Avropanı silkələyən viza qalmaqalı başlayıb.

Sitat.info xəbər verir ki, Polşa mətbuatında yer alan iddialara görə, 2021-ci ildən bu yana ölkənin dünya üzrə, xüsusilə Afrika və Asiya ölkələrindəki konsulluqları tərəfindən 350 minə yaxın insana minlərlə, hətta on minlərlə avroya viza satılıb. Polşanın keçmiş baş naziri, müxalifət lideri Donald Tusk bu iddianı “Polşanın bu əsrin ən böyük qalmaqalı” adlandırıb.

Seymur Bənnayev

Sitat.info

​​​​​​



Xəbər xətti