Hindistan və Kanada arasında böhran: Diplomatlar qovuldu

09:49 19 Sentyabr 2023

Kanadanın Baş naziri Castin Trüdo bildirib ki, Sıx lideri Hardeep Singh Nijjarın qətlinin arxasında Hindistan hökuməti ola bilər.

Sitat.info xəbər verir ki, bu açıqlamadan sonra Hindistan Kanadanın yüksək səviyyəli diplomatından 5 gün ərzində ölkəni tərk etməsini istəyib.

Hindistan Xarici İşlər Nazirliyi: "Qərar Kanada diplomatlarının Hindistanın daxili işlərinə müdaxilə ilə bağlı artan narahatlığını əks etdirir", - deyə bəyanatda deyilir.

Castin Trüdö, Kanada kəşfiyyatının Nijjarın qətli ilə Hindistan əyaləti arasında "etibarlı" əlaqəni müəyyən etdiyini açıqlayıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti