Tayvan: "Adanın ətrafında 55 Çin hərbi təyyarəsi aşkar edildi"

09:55 19 Sentyabr 2023

Tayvan Müdafiə Nazirliyi dünən axşamdan səhər saatlarına qədər Tayvan adası ətrafında 55 Çin hərbi təyyarəsinin aşkar edildiyini bildirib.

Sitat.info xəbər verir ki, Nazirliyin paylaşım saytı olan  "X" sosial media platformasında edilən açıqlamada 55 təyyarədən 27-nin Tayvanın "Hava Hücumundan Müdafiə Tanıma Zonası (ADIZ)" elan etdiyi bölgədə uçduğu bildirilib.

Açıqlamada qeyd olunub ki, ADİZ-in cənub-qərbində 12 “SU-30”, 10 “J-10”, 4 “J-16” tipli döyüş təyyarəsi və “WZ-7” tipli silahlı pilotsuz uçuş aparatı uçuşlar həyata keçirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti