Liviya Milli Birlik Hökuməti (LMBH) ölkənin şərqində seldən zərər çəkmiş bölgələrdə infrastrukturun 70 faizinin və təhsil müəssisələrinin 95 faizinin zərər gördüyünü açıqlayıb.
Sitat.info xəbər verir ki, Milli Birlik Hökuməti yanında Nəqliyyat Nazirliyinin Yollar və Körpülər İdarəsinin Fövqəladə Hallar Xidmətinin rəhbəri Hüseyn Süveydanın Facebook sosial şəbəkəsində “Hökumətimiz” adlı səhifəsində açıqlama dərc olunub.
Ölkənin şərqində seldən zərər çəkmiş bölgələrdə infrastrukturun 70 faizinin zədələndiyini bildirən Süveydan, Dərnədə 6, şərqdə isə 5 şəhərdə olmaqla 11 körpünün dağıldığını bildirib.
Seymur Bənnayev
Sitat.info