Qətər Xarici İşlər Nazirliyi Vaşinqton və Tehran arasında vasitəçilik razılaşmasının həyata keçirilməyə başladığını və bu çərçivədə İrandakı 5 amerikalının azad edildiyini və Cənubi Koreyada dondurulmuş İran fondlarının Qətərə köçürüldüyünü açıqlayıb.
Sitat.info xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, Qətərin Xarici İşlər Nazirliyində məsul dövlət naziri Məhəmməd bin Əbdüləziz əl-Xəlifi ABŞ-İran məhbusların qarşılıqlı mübadiləsinə dair razılaşmanın icrasının həyata keçirildiyini bildirib.
İran həbsxanalarında olan 5 ABŞ vətəndaşının ABŞ-da saxlanılan bəzi iranlılar müqabilində sərbəst buraxıldıqdan sonra Doha Beynəlxalq Hava Limanına yola düşdüyünü bildirən Xəlifi ABŞ-ın azad etdiyi iranlıların sayı ilə bağlı məlumat verməyib.
Seymur Bənnayev
Sitat.info