İranda Məhsa Əmininin ölümünün birinci ildönümündə təhlükəsizlik qüvvələri mümkün nümayişlərin qarşısını almaq üçün 260-dan çox adamı saxlayıb.
Sitat.info xəbər verir ki, islahatçılara yaxınlığı ilə tanınan “Şark” qəzeti Əmininin ölümünün ildönümündə - sentyabrın 16-da müxtəlif şəhərlərdə çoxlu sayda adamın saxlanıldığını yazıb.
Rəsmi mənbələrə əsaslanan məlumata görə, sentyabrın 16-da ölkə üzrə təhlükəsizlik qüvvələri tərəfindən 260-dan çox insan saxlanılıb.
Ən çox həbs Qərbi Azərbaycan vilayətində baş verib. Qərbi Azərbaycan polis komandanlığı 137 nəfərin saxlanıldığını açıqlayıb.
İsfahan vilayətində 97, Kürdüstan vilayətində isə 16 nəfər saxlanılıb.
Müxtəlif şəhərlərdə 10 nəfərin saxlanıldığı halda, paytaxt Tehran və Sistan-Bəlucistan əyalətində neçə nəfərin saxlanıldığı ilə bağlı açıqlama verilməyib.
Seymur Bənnayev
Sitat.info