Mask X şəbəkəsini pullu edir?

10:47 19 Sentyabr 2023

X sosial şəbəkəsinin bütün istifadəçiləri platformaya giriş üçün pul ödəməli ola bilər.

Sitat.info xəbər verir ki, bu barədə “Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask bildirib.

Mask İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündə deyib ki, saxta hesablarla mübarizə aparmağın yeganə yolu ödəniş sistemidir.

Lakin şirkət məsələ ilə bağlı təfərrüat üçün müraciətlərə cavab verməyib.



Xəbər xətti