Xəbər verdiyimiz kimi DİN əməkdaşları Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində, saat 04:30 radələrində Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşüblər. Nəticədə DİN-in əməkdaşları - 1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.
Minaya düşüb şəhid olanların biri şəhidimiz Zamanov Aydın Əhməd oğlunun qardaşı, mərhum Zamanov Azər Əhməd oğlunun oğlu - Zamanov Xəzər Azər oğludur !
Seymur,
Sitat.info