Erməni təxribatı: İki hərbçimiz yaralandı - Son dəqiqə

12:35 19 Sentyabr 2023

Sentyabrın 19-u saat 11:45 radələrində Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.

Sitat.info xəbər verir ki, nəticədə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Hərbi qulluqçularımıza dərhal ilkin tibbi yardım göstərilib.

Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.



Xəbər xətti