Daha 28 erməni “Laçın” postundan keçdi

13:09 19 Sentyabr 2023

Bu gün Laçın dövlət sərhəd-buraxılış məntəqəsindən Xankəndi-Gorus istiqamətində Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 9 nəqliyyat vasitəsi ilə 28 nəfərin keçidi olub.

Sitat.info xəbər verir ki, bu şəxslərdən 5 nəfəri BQXK üzvü, 9 nəfəri sürücü, 7 nəfəri xəstə, 6 nəfəri müşaiyətçi, 1 nəfəri isə tibb işçisi olub.

Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin olunub.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərməklə yanaşı, Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.



Xəbər xətti