Ukrayna “Abrams”ları tezliklə alacaq - Ostin

14:08 19 Sentyabr 2023

Vaşinqtonun Kiyevə vəd etdiyi “Abrams” tankları tezliklə təyinat yerinə çatdırılacaq.

Sitat.info xəbər verir ki, bunu ABŞ müdafiə naziri Lloyd Ostin Almaniyada Ukrayna üzrə təmas qrupunun iclasında deyib.

“ABŞ-ın vəd etdiyi “M1 Abrams” tanklarının tezliklə Ukraynada olacağını bildirməkdən məmnunam”, - Ostin bildirib.

Qeyd edək ki, bir müddət öncə “Politiko” nəşrin ukraynalı hərbçilərin sentyabrda 10 ədəd “Abrams” tankını alacaqlarını yazmışdı.



Xəbər xətti