İngiltərədə həkimlər 2 günlük tətilə başlayır

14:43 19 Sentyabr 2023

İngiltərədə təxminən 24 min mütəxəssis həkim maaş artımı ilə bağlı hökumətlə davam edən mübahisə səbəbiylə 2 günlük tətilə çıxıb.

Sitat.info xəbər verir ki, maaş artımı və iş şəraiti ilə bağlı hökumətlə fikir ayrılığına görə bu il üçüncü dəfə tətilə çıxan mütəxəssis həkimlər maaşların inflyasiyadan 11 faiz yuxarı artırılmasını tələb edirlər.

İngiltərə Səhiyyə Naziri Steve Barclay, müstəqil əmək haqqını nəzərdən keçirən qurumun tövsiyəsinin təxminən 8,8 faiz olduğunu müdafiə edir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti