Aİ ukraynalıların müvəqqəti müdafiəsininin müddətini uzadır

15:53 19 Sentyabr 2023

Avropa İttifaqı (Aİ) müharibədən qaçan ukraynalıların müvəqqəti müdafiəsini nəzərdə tutan Aİ-nin Müvəqqəti Müdafiə Direktivinin qüvvədə olma müddətini bir il uzadacaq.

Sitat.info xəbər verir ki, Aİ Komissiyasından verilən yazılı açıqlamada, Komissiyanın Aİ Şurasına ukraynalılar üçün müvəqqəti müdafiənin 4 mart 2024-cü ildən 3 mart 2025-ci ilə qədər uzadılmasını təklif etdiyi bildirilib.

Qeyd edək ki, Aİ daxilində Müvəqqəti Mühafizə Direktivindən faydalanan təxminən 4 milyon ukraynalı var.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti