Fransada terror həyəcanı: 7 məktəb boşaldılıb

19:21 19 Sentyabr 2023

Fransada terror aktları ehtiva edən təhdid mesajları alan 7 məktəb boşaldılıb.

Sitat.info xəbər verir ki, Fransanın Sena-Dəniz Qubernatorluğu Rouen şəhəri ətrafında 6 məktəbə terror aktları ehtiva edən təhdid mesajlarının göndərildiyini açıqlayıb.

Qubernatorluq hələlik heç bir təhlükənin aşkar edilmədiyini və sözügedən 6 məktəbin boşaldılmasının təmin edildiyini bildirib.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Kənan Bənnayev

Sitat.info



Xəbər xətti