İqlim dəyişikliyi Liviyada selin baş vermə ehtimalını 50 dəfə artırıb

20:11 19 Sentyabr 2023

Beynəlxalq “World Weather Attribution” təşəbbüsü tərəfindən dərc edilən hesabata görə, insanların yaratdığı iqlim dəyişikliyi Liviyada daşqınların baş vermə ehtimalını 50 dəfə artırıb.

Sitat.info xəbər verir ki, iqlim dəyişikliyinin ekstremal hava hadisələrinə təsirini araşdıran beynəlxalq “World Weather Attribution” təşəbbüsü Liviya, Türkiyə, İspaniya, Yunanıstan və Bolqarıstan da daxil olmaqla Aralıq dənizi ölkələrində baş verən son daşqınlar haqqında hesabat dərc edib.

Hesabatda Yunanıstan, ABŞ, Hollandiya, Almaniya və Böyük Britaniyadan olan ekspertlər və tədqiqatçılar insanların yaratdığı iqlim dəyişikliyinin daşqınlara səbəb olan güclü yağışların ehtimalını və intensivliyini nə dərəcədə dəyişdiyinə diqqət yetiriblər.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti