Bölgədəki vəziyyətlə bağlı Müdafiə Nazirliyinin rəsmi internet saytı və sosial media resurslarında mütəmadi olaraq məlumat verilir.
Media nümayəndələri və sosial şəbəkə istifadəçilərinin qarşı tərəfə məxsus bəzi sosial media hesablarında paylaşılan heç bir real əsası olmayan məlumatları tirajlamamağa, yalnız rəsmi mənbələrə istinad etməyə çağırırıq.
Sitat.info xəbər verir ki, bunu bu gün keçirilən növbəti brifinqdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Anar Eyvazov deyib.