Tahir Salahovun qızı dünyasını dəyişdi

10:58 20 Sentyabr 2023

Xalq rəssamı Tahir Salahovun qızı Alagöz Salahova bu axşam 70 yaşında dünyasını dəyişib.

Sitat.info xəbər verir ki, bu barədə onun oğlu Dan Sultanov məlumat yayıb.

O bildirib ki, anası 6 ay ərzində həm xaricdə, həm də Bakıdakı xəstəxanalarda müalicə alıb.

Qeyd edək ki, Alagöz Tahir Salahovun Vansetta Qarayaqubova ilə nikahından dünyaya gələn ikinci qızıdır.



Xəbər xətti