İran parlamenti ictimai yerlərdə məcburi hicab qanununun pozulmasına görə cərimə, bank xidmətlərinin qarşısının alınması və məhkəmə prosesini nəzərdə tutan qanunun 3 il sınaq müddəti üçün icrasını təsdiqləyib.
Sitat.info xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, hökumətin məhkəmə sisteminin tövsiyəsi ilə hazırladığı və prezident İbrahim Rəisinin imzası ilə parlamentə göndərdiyi “İffət və Hicab Mədəniyyətinin Dəstəklənməsi” qanun layihəsi səsverməyə çıxarılıb.
Qanun layihəsi parlamentdə iştirak edən 201 deputatdan 34-nün əleyhinə olmaqla 152 səslə qəbul edilib. 7 deputat səsvermədə bitərəf qalıb. Qərara alınıb ki, qanun 3 il müddətində sınaq təcrübəsinə keçsin.
Seymur Bənnayev
Sitat.info