İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan İran prezidenti İbrahim Rəisinin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxışı zamanı Məhsa Əmini posteri ilə zalda etiraz edib.
Sitat.info xəbər verir ki, İran prezidenti İbrahim Rəisi Birləşmiş Millətlər Təşkilatının (BMT) kürsüsündə çıxış edərkən, İsrail diplomatı Gilad Erdan keçən il polis nəzarətində ölən iranlı qadın fəal Əmininin fotoşəkili ilə ayağa qalxıb.
Erdan X sosial media platformasında "İran qadınları azadlığa layiqdir" yazılan posterlə salonda gəzdiyi görüntülərini paylaşıb.
Seymur Bənnayev
Sitat.info