Zelenski: Ukraynanın sülh formulu qloballaşır

12:24 20 Sentyabr 2023

Ukrayna prezidenti Volodimir Zelenski: "Ukraynanın sülh formulu qloballaşır. Formulun maddələrində Rusiyanın Ukraynaya və digər ölkələrə qarşı istifadə etdiyi və digər təcavüzkar ölkələr tərəfindən istifadə edilə bilən hər cür silahlanmanı dayandıracaq həllər və addımlar var", - deyib.

Sitat.info xəbər verir ki, Zelenski Nyu-Yorkda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyasında çıxışında Rusiya və Ukrayna arasında davam edən müharibə ilə bağlı açıqlamalar verib.

Ukraynanın daha əvvəl də nüvə silahından təmizləndiyini xatırladan Zelenski deyib: "Rusiya 1990-cı illərdə nüvə silahından təmizlənməli idi. Tarix bunu bizə göstərir. Rusiya bu gün bu silahdan təmizlənməyə layiqdir. Terrorçuların nüvə silahına sahib olmağa haqqı yoxdur".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti