İsrail qüvvələri bir gündə 6 fələstinlini öldürdü

12:28 20 Sentyabr 2023

Fələstin Səhiyyə Nazirliyi son 24 saatda 6 fələstinlinin işğal altındakı İordan çayının qərb sahilində 5, blokada altındakı Qəzza zolağında isə 1 fələstinlinin İsrail əsgərləri tərəfindən öldürüldüyünü açıqlayıb.

Sitat.info xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi, İsrail ordusunun İordan çayının qərb sahilinin şimalındakı Cenin Qaçqınlar Düşərgəsinə gecə saatlarında təşkil etdiyi basqında şəhid olan fələstinlilərin sayının 4-ə yüksəldiyini bildirib. Basqın zamanı 30-a yaxın fələstinlinin yaralandığı qeyd olunub.

İsrail ordusunun İordan çayının qərb sahilindəki Yerixo şəhərindəki Akbet əl-Cabir Qaçqınlar Düşərgəsinə gecə basqını zamanı 19 yaşlı fələstinli öldürülüb.

Dünən blokada altında olan Qəzza zolağının İsrail sərhədində baş verən etirazlar zamanı əsgərlərin açdığı atəş nəticəsində bir fələstinlinin ölməsi ilə son 24 saatda İsrail əsgərləri tərəfindən öldürülən fələstinlilərin sayı 6-ya çatıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti