Co Bayden: BMT-də islahatlar aparmağa çalışacağıq

12:31 20 Sentyabr 2023

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxış edən ABŞ lideri Bayden deyib ki, qurum “bütün dünyada insanlara çatmaq üçün” islahatlara getməlidir.

Sitat.info xəbər verir ki, Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 78-ci sessiyasının gündəliyinə iqlim böhranından tutmuş regional münaqişələrə qədər bir sıra qlobal problemlər, həmçinin “islahat” tələbi daxil edilib.

Baş Assambleyada çıxış edən ABŞ prezidenti Co Bayden Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) genişləndirilməsinin tərəfdarı olduğunu açıqlayıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti