Gürcüstanda son sutkada daha 352 nəfərə koronavirus diaqnozu qoyulub, 3 nəfər vəfat edib.
SİTAT.İNFO Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Son bir gündə daha 1 070 nəfər müalicə olunaraq sağalıb.
Hazırkı dövrədək Gürcüstanda COVID-19 infeksiyası 1 649 005 nəfərdə aşkarlanıb. Onların 1 627 366-sı sağalıb, 16 751-i isə ölüb.