Rusiya bu ölkələrin investorlarına valyuta bazarında ticarətə icazə verdi

11:23 21 Sentyabr 2023

Rusiya hökuməti Türkiyə də daxil olmaqla 30 “dost və neytral” ölkənin investorlarına Rusiyada valyuta bazarında ticarət etmək icazəsi verib.

Sitat.info xəbər verir ki, Rusiyanın baş naziri Mixail Mişustinin imzaladığı qərara əsasən, investorların Rusiya valyuta bazarında hansı ölkələrlə ticarət edə biləcəyi təsdiqlənib.

Buna uyğun olaraq siyahıda Rusiyanın “dost və neytral” olaraq təyin etdiyi 30 ölkə yer alıb. Təsdiqlənən ölkələr arasında Çin və Hindistan ilə yanaşı Türkiyə də var.

Təsdiqlənmiş qərarla bu ölkələrin bankları, broker firmaları və fiziki şəxsləri Rusiya valyuta bazarında ticarət edə biləcəklər.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti