Bolqarıstan Ukraynadan günəbaxan idxalını dayandırır

11:57 21 Sentyabr 2023

Bolqarıstanın baş naziri Nikolay Denkov Ukraynadan günəbaxan idxal etməyəcəklərini deyib.

Sitat.info xəbər verir ki, Bolqarıstanda Ukraynadan taxıl və bəzi digər məhsulların idxalına qadağa tələbi ilə etiraz aksiyası keçirən yerli taxıl istehsalçıları və fermerlər baş nazir Denkovun ev sahibliyi etdiyi saatlarla davam edən danışıqlardan sonra hökumətlə müqavilə imzalayıblar.

Taxıl istehsalçıları və digər kənd təsərrüfatı sahələrini təmsil edən 24 təşkilatın nümayəndələri ilə əldə olunan razılaşmadan sonra taxıl istehsalçıları və fermerlər etiraz aksiyalarına son qoyublar.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti