Hindistan Kanada vətəndaşları üçün vizaları dayandırıb

13:11 21 Sentyabr 2023

Kanadada Sih separatçı təşkilatı "Khalistan Liberation Force" (KLF) lideri Hardeep Singh Nijjarın qətlindən sonra mübahisə davam etdiyi üçün Hindistan Kanada vətəndaşları üçün vizaları dayandırıb.

Sitat.info xəbər verir ki, sözügedən addımla bağlı Kanadada Hindistan viza müraciətlərini qəbul edən rəsmi təşkilat "BLS İnternational"ın internet saytından açıqlama verilib.

"Hindistan Missiyasından vacib açıqlama: 21 sentyabr tarixindən etibarən əməliyyat səbəblərinə görə Hindistan viza xidmətləri növbəti bildirişə qədər dayandırılıb." Bəyanatda deyilir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti