Şiddətli insidentlər səbəbiylə Birləşmiş Millətlər Təşkilatının (BMT) sülhməramlı missiyasının göndərilməsinin gündəmdə olduğu Karib hövzəsi ölkəsi Haiti missiyaya rəhbərlik edəcəyi gözlənilən Keniya ilə diplomatik əlaqələr açıb.
Sitat.info xəbər verir ki, Haitinin baş naziri Ariel Henri X sosial media platformasındakı paylaşımında Keniya ilə diplomatik əlaqələrin qurulduğunu açıqlayıb.
Haiti ilə Keniya arasında sözügedən addım, Karib hövzəsi ölkəsində bandalarla mübarizədə polisə dəstək üçün göndərilməsi nəzərdə tutulan BMT-nin sülhməramlı qüvvələrinə Keniyanın rəhbərlik etmə ehtimalından sonra atılıb.
Kənan Bənnayev
Sitat.info