Türk dili Kərkükdə rəsmi dil olaraq qəbul edildi

13:18 21 Sentyabr 2023

İraqın Türkmən Kərkük şəhərində rəsmi ofislərdəki yazılar və digər bütün lövhələr artıq türkcə yazılacaq. Kərkük Qubernatorluğu və Vilayət Məclisində də türk lövhələri asılıb. Bu tətbiq türkcənin rəsmi sahədə istifadəsində ilk addımıdır.

Sitat.info xəbər verir ki, 2008-ci ildə qəbul edilən qərar illər sonra qüvvəyə minib. Hazırda Kərkükdə rəsmi dil kimi türk dili istifadə olunur.

İraqın Türkmən şəhərində rəsmi ofislərdə və çöl lövhələrində türkcənin istifadəsinə ilk addım atılıb.

Qanun Kərkük valisi Rakan Əl-Cuburinin imzası ilə qüvvəyə minib.

Sitat.info



Xəbər xətti