"Səhər çox ağır xəbər aldıq. Bibimizin nəvəsi Qasım vətən uğrunda qəhrəmancasına şəhid olub. Qasım əsgər idi. Evin əziz, yağ-bal içində böyüdülmüş balası idi. Atası Bilal da 5 il Qarabağ müharibəsində vuruşub. Veterandır. Dedilər, ağlayan qadınlara acıqlanıb . "Tək bizdə görülməyib ki, vətən sağ olsun" - deyib. Söz tapmaq olmur. Göz yaşları dayanmır ki..."
Çox ağırdır çox..
Vətən ona görə vətəndir ki, belə oğullarımız var. Vətən sən sağ ol , bütöv ol ki, bir də şəhidlərimiz olmasın.
Nur içində olasan Şəhidim!"
Bu sözləri AXP sədri Pənah Hüseynin qızı Günay Hüseynli deyib.
Şəhidin fotsunu təqdim edirik:
Seymur.
Sitat.info