Cahid Bağçı şəhid polisin yas mərasimində - Foto

15:39 22 Sentyabr 2023

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində həlak olan polis serjantı Asim Camalzadənin yas mərasimində iştirak edib.

Sitat.info xəbər verir ki, səfir bu barədə X-də yazıb.

C.Bağçı mərhumun atasına, qardaşlarına, yaxınlarına və silah yoldaşlarına başsağlığı verdiyini bildirib.

“Allah rəhmət eləsin, məkanı cənnət olsun. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı”, - deyə diplomat qeyd edib.



Xəbər xətti