BMT Baş Assambleyasında ABŞ və onun avropalı müttəfiqləri Rusiyanın işğalçılıq siyasəti ilə mübarizədə Ukraynaya dəstəyini bir daha vurğuladıqdan sonra Rusiya XİN rəhbəri Sergey Lavrov jurnalistlərə bu barədə açıqlamala verib.
Sitat.info xəbər verir ki, Lavrov Qərbi “yalan imperiyası” adlandırıb.
Lavrov deyib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin təklif etdiyi 10 bəndlik sülh planı “real deyil və həyata keçirilə bilməz”.
Moskvanın iyul ayında BMT və Türkiyə vasitəsilə həyata keçirilən taxıl təşəbbüsündən geri çəkilməsindən sonra Lavrov BMT-nin sazişin canlandırılması üçün təqdim etdiyi təklifləri “məcburi olmayan təkliflər” adlandırıb.
BMT-nin baş katibi Antonio Quterreş Rusiyanın razılaşmaya qayıtması halında həyata keçirilə biləcək 4 tədbiri sadalayıb. Lavrov bu tədbirləri rədd etmədiklərini, lakin yetərli olmadığını ifadə edərək, razılaşmaya görə Qərbin Rusiya banklarına tətbiq etdiyi sanksiyaları aradan qaldırmalı olduğunu qeyd edib.
Nərgiz Liftiyeva,
Sitat.info