Ermənistanda hərbi çevrilişə cəhd iddiaları- 8 yüksək rütbəli saxlanıldı

12:14 25 Sentyabr 2023

Azərbaycanın Qarabağda uğurla həyata keçirdiyi antiterror əməliyyatından sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən “Vətənpərvər Səlibçilər” qruplaşması ilə əməkdaşlıqda və Ermənistanda dövlət çevrilişinə cəhddə şübhəli bilinən 8 yüksək rütbəli komandir saxlanılıb.

Sitat.info xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yaydığı bəyanatda təşkilat üzvlərinin hökumət nümayəndələrinə və Ermənistanın baş naziri Nikol Paşinyana qarşı ideoloji düşmənçilik bəslədikləri vurğulanıb.

Açıqlamada əməliyyatlar zamanı çoxlu sayda silah-sursatın ələ keçirildiyi  bildirilib: “Cinayətkar təşkilat üzvləri telekommunikasiya vasitələri əldə etməklə cinayətin törədilməsinə ilkin şərait yaratmaq istəyiblər. Müxalifətin Nikolu küçə etirazları ilə istefaya dəvət etməsindən sonra, Paşinyan xalqa müraciətində  ölkədəki bəzi təşkilatların onun hakimiyyətini devirmək üçün “çevriliş planı” həyata keçirdiklərini deyib. 

Məğrur Salmanov,

Sitat.info



Xəbər xətti