Ukrayna: Odessa limanı Rusiya tərəfindən hücuma məruz qalıb

12:39 25 Sentyabr 2023

Rusiyanın Ukraynanın Odessa vilayətinə gecə saatlarında pilotsuz uçuş aparatları (PUA) və raketlərlə hücumu zamanı liman infrastrukturuna və taxıl anbarlarına ziyan dəydiyi açıqlanıb.

Sitat.info xəbər verir ki, Ukrayna Cənub Müdafiə Komandanlığından verilən açıqlamada gecə saatlarında PUA və raketlərlə Ukraynaya hücum edən Rusiyanın Odessa bölgəsinə 19 "Şahed" tipli PUA və 2 "Onyx" səsdən sürətli raket göndərdiyi bildirilib.

Rusiya ordusunun Ukrayna ərazisindəki hücumlarda 12 "Kalibr" qanadlı raketindən istifadə etdiyi bildirilən açıqlamada deyilir :"19 PUA və 11 "Kalibr" raketi hava hücumundan müdafiə sistemləri tərəfindən vuruldu. Bir "Kalibr" isə Nikolayev və Kirovoqrad vilayətləri üzərində vuruldu. Raketlərin əksəriyyəti isə Odessa vilayəti üzərində dağıdıldı".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti