Kremlin sözçüsü Dmitri Peskov Ermənistanın Rusiyanın müttəfiqi və Kremlə yaxın dövlət olaraq qaldığını bildirib.
Onun sözlərinə görə, Moskva “xüsusən də bu çətin günlərdə” müxtəlif səviyyələrdə tərəflərlə, eləcə də Ermənistanla dialoqu davam etdirir.
Sitat.info TASS-a istinadən xəbər verir ki, Peksov sentyabrın 20-də Rusiya prezidenti Vladimir Putinin baş nazir Nikol Paşinyanla telefon danışığı apardığını xatırladıb.
“Ermənistan bizim müttəfiqimiz, yaxın dövlətimiz olaraq qalır. Ermənistan xalqı bizə yaxın xalqdır. Bilirsiniz ki, bizim ölkədə yaşayan ermənilər Ermənistandakılardan daha çoxdur. Biz öz funksiyalarımızı yerinə yetirməyə davam edəcəyik, Ermənistan tərəfi ilə, o cümlədən Paşinyanla dialoqu davam etdirəcəyik. Qarabağ sakinlərinin, yəni Qarabağ ermənilərinin bütün hüquqlarına riayət olunmasına çalışacağıq”, - deyə Peskov çıxışını yekunlaşdırıb.
Məğrur,
Sitat.info