Avstraliya hakimiyyəti Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiyanı BMT TŞ-də veto hüququndan məhrum etmək tələbini dəstəkləyir.
Sitat.info xəbər verir ki, bu sözləri Avstraliyanın xarici işlər naziri Penni Vonq BMT Baş Assambleyasında çıxışı zamanı deyib.
“Biz daimi üzvlərdən daha çoxunu, o cümlədən vetoların istifadəsinə məhdudiyyətlərin qoyulmasını tələb etməliyik. Rusiya Ukraynada qeyri-qanuni və əxlaqsız işğalını davam etdirməklə BMT-ni hər gün ələ salır”, – Penni Vonq qeyd edib.