Ağdərədəki birliklər tamamilə təslim olub, şəhər bomboşdur.
Sitat.info xəbər verir ki, bunu keçmiş qondarma rejimin Ağdərəyə təyin etdiyi “mer” Mişa Gürciyan deyib.
“Şəhər tamamilə boşdur. Sakinləri daşıyan son maşın dünən şəhəri tərk edərək Xankəndiyə yollandı. Artıq çatıblar”, - o bildirib.
Qeyd edək ki, dünən sosial şəbəkələrdə hərbçimizin keçmiş Ağdərə şəhərinin girişinə Azərbaycan bayrağını asmasını əks etdirən görüntülər yayılmışdı.