Beş gün bundan əvvəl Azərbaycan Qarabağda suverenliyini tam bərpa etdi.
Sitat.info xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Naxçıvanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında deyib.
Dövlət başçısı bildirib ki, qanunsuz erməni hərbi birləşmələri təslim olub və şərtləri qəbul edib:
“Onlara humanitar yardımlar, o cümlədən ərzaq məhsulları, dərmanlar göndərildi”.
Prezident qeyd edib ki, Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlarıdırlar.
Dövlət başçısı vurğulayıb ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətinə başlayanda Naxçıvana qarşı da ərazi iddiaları irəli sürürdü: “Azərbaycanın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə düşmən geriyə otuzduruldu. Amma Naxçıvan faktiki olaraq mühasirədə idi”.