Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Naxçıvanda səfərdə olub və Prezident İlham Əliyevlə görüşüb.
Sitat.info xəbər verir ki, Ərdoğana səfəri çərçivəsində xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, enerji və təbii sərvətlər naziri Alpaslan Bayraktar, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, Ticarət Ömər Bolat, MİT sədri İbrahim Kalın, Prezident Administrasiyasının Kommunikasiyalar üzrə Müdiri Fahrettin Altun, prezidentin baş müşaviri Akif Çağatay Kılıç, AK Partiya sözçüsü Ömər Çelik və digər rəsmilər iştirak edib.
Prezident Ərdoğan və Əliyev arasında keçirilən görüşlərdə aktual regional və qlobal problemlər, xüsusilə Türkiyə-Azərbaycan ikitərəfli münasibətləri və Qarabağdakı son hadisələr ətrafında fikir mübadiləsi aparılıb.
Prezident Ərdoğan İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin Naxçıvanda təməlqoyma mərasimində iştirak edib.
Ərdoğanın çıxışından əsas hissə:
Cənab Prezident, əziz qardaşım, xanımlar və cənablar, hörmətli mətbuat nümayəndələri, Sizi öz adımdan və nümayəndə heyətim adından ən səmimi hisslərlə salamlayıram. Prezident seçkilərindən sonra mən Bakıya ilk səfərimi iyun ayında etdim. Mən bu dəfə sizinlə Naxçıvanda olmaqdan çox məmnunam.
Türkiyə ilə Azərbaycan münasibətləri dünyada bənzəri olmayan müstəsna mövqedədir. Biz hər sahədə əlaqələrimizi gücləndirmək üçün səylərimizi davam etdiririk. Qardaşım İlhamla imzaladığım Suşa bəyannaməsi əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldıran dönüş nöqtəsidir".
Azərbaycan prezidenti İlham Əliyev açıqlamasında deyib: "Qarabağda yaşayanlar Azərbaycan vətəndaşlarıdır. Ermənistan ordusu 24 saat ərzində Qarabağda təslim olub. Qarabağdakı ermənilərə humanitar yardım göndərilib. Azərbaycan Qarabağdakıların təhlükəsizliyini təmin edir. Biz Türkiyənin qardaşlığını burada da gördük, bunu unutmayacağıq.Biz Qarabağda və bölgədə müharibə deyil, sülh istəyirik”.
Nərgiz,
Sitat.info