Sülhməramlılar Xankəndiyə 190 ton humanitar yardım gətirib

17:24 25 Sentyabr 2023

 Rusiya sülhməramlıları Qarabağda mülki əhali üçün 190 ton humanitar yardım, xüsusilə yanacaq və ərzaq yardımı gətirib.
Sitat.info xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada deyilir.

“Son 24 saat ərzində rus əsgərləri Qarabağda mülki əhali üçün 190 ton ərzaq, yanacaq və sürtkü materialları çatdırıb. “Rusiya sülhməramlıları qan tökülməsinin qarşısının alınması, təhlükəsizliyin təmin edilməsi və mülki şəxslərlə bağlı humanitar hüquq normalarına riayət olunması, Rusiya sülhməramlılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bakı və Xankəndi ilə daim əlaqə saxlayır”.

Bundan əlavə, Rusiya sülhməramlıları köçmək istəyən mülki vətəndaşları istədikləri ərazilərə daşıyıblar.

Məğrur,

Sitat.info



Xəbər xətti