Ukrayna Rusiyanın Qara Dəniz Donanmasının komandanı Viktor Sokolovun ötən həftə Krımda təşkil edilən hücumda öldürüldüyünü açıqlayıb.
Sitat.info xəbər verir ki, Ukrayna Rusiya komandirinin Krım yarımadasına hücumda həlak olduğunu iddia edib.
Ukrayna xüsusi təyinatlılarının verdiyi açıqlamada, Rusiyanın Qara dəniz donanmasının komandanı Viktor Sokolovun ötən həftənin cümə günü Sevastopol şəhərindəki qərargahına raket hücumu nəticəsində həlak olduğu bildirilib.
Seymur Bənnayev
Sitat.info