Kosovonun şimalında silahlı serb qruplaşması ilə polis arasında dünəndən bəri davam edən qarşıdurma sona çatıb.
Sitat.info xəbər verir ki, Kosovonun Şimali Mitrovitsa bölgəsində Leposaviç sərhəd bölgəsində polislə silahlı serb qruplaşması arasında dünən başlayan qarşıdurma başa çatıb.
Qarşıdurmada 4 hücumçu zərərsizləşdirilib, 6 hücumçu saxlanılıb. Dünəndən bəri davam edən qarşıdurmada 1-i polis olmaqla, ümumilikdə 5 nəfər həyatını itirib.
Seymur Bənnayev
Sitat.info